Ermənilər bir sıra rayon və kəndlərimizi atəşə tutub

Ermənilər bir sıra rayon və kəndlərimizi atəşə tutub

29 Avqust 2013 10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər cəbhə boyu ərazilərdə atəşkəsi pozublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Nəmirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.Düşmən cavab atəşi ilə susdurulub.

O.M.