Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza: 4 yaralı

Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza: 4 yaralı

28 Avqust 2013 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Şamaxı-Yevlax yolunun 121-ci km-də ağır avtomobil qəzası baş verib. Şamaxıdan Ağsu istiqamətində hərəkətdə olan Cəlil Maşallah oğlu İsgəndərova məxsus "VAZ-2107" markalı, 10 TR 067 dövlət qeydiyatlı avtomaşın eyni istiqamətdə olan, "VAZ-21015" markalı, 90 RU 165 nömrə nişanlı avtomaşınla ara məsafəni düzgün seçməyərək toqquşublar. Hadisə nəticəsində "VAZ-2107" makalı avtomaşın içindəki sərnişinlərlə birlikdə aşıb. Qəza nəticəsində "VAZ-2107" markalı avtomaşında olan 4 nəfər sərnişin ağır yaralanıb.Qeyd edək ki, qəzaya uğrayan "VAZ-21015" makalı avtomaşının sürücüsü sərinişin daşıma qaydalarında riayət etməyərək 6 nəfər sərnişin aparırmış.Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

O.M.