VİDEO: "Attestatın verilməsi korrupsiyaya səbəb olurdu"

VİDEO: "Attestatın verilməsi korrupsiyaya səbəb olurdu"

28 Avqust 2013 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov nazirliyin "Facebook" səhifəsində ona ünvanlanan sualları cavablandırıb.

Oxumeni.az xəbər verir ki, nazir müsahibəsində bu il şagirdlərin hamısına attestatın verilməsi ilə bağlı dəyişikliyə aydınlıq gətirib. O, bildirib ki, attestatın verilməsi korrupsiya üçün bir səbəb kimi istifadə olunurdu: "Bəzən burada mənfi hallar baş verirdi, attestat verilmirdi. Attestatdan bir alət kimi istifadə edilirdi, müzakirə predmetinə çevrilirdi. Bizim siyasətimiz ondan ibarətdir ki, şagirdlər sağlam mühitdə oxusun. Hər hansı riyakarlıq məqbul olunmazdır. Şagirdin qiyməti ikidirsə, o, iki almalıdır və ya kafi, yaxşıdırsa, elə də olmalıdır. Attestatı, şəhadətnaməsi olmayan şagirdlərin gələcək həyatında sosial həyatda iştirak imkanları da məhdudlaşırdı".