Bakıda su maşını dərəyə aşdı

Bakıda su maşını dərəyə aşdı

28 Avqust 2013 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonu ərazisində ağır yol qəzası baş verib.Badamdar qəsəbəsi 47 ünvanında "Zil" markalı su daşıyan maşın dərəyə yuvarlanıb. Hadisə şahidlərinin ANS-ə verdikləri məlumata görə, qəza sürücünün avtomobili arxaya verdiyi zaman baş verib.Təkərlərin altında qalan torpağın qəfildən sürüşməsi nəticəsində su maşını dərəyə aşıb. Su maşını yaxınlıqda yerləşən su çəninni doldurmaq məqsədilə əraziyə gəlibmiş. Hadisə zamanı su maşınında sürücüdən başqa heç kəs olmayıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.Hadisə ilə bağlı araşdırma aparılır.

O.M.