Sevinc Babayevanın ölümündən əvvəlki fotoları

Sevinc Babayevanın ölümündən əvvəlki fotoları

28 Avqust 2013 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Yeni Müsavat" qəzeti bir neçə ay öncə "Gülərgeyt qalmaqalı"nda adı hallanan, ötən ilin 26 dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ölümü ilə bağlı silsilə araşdırma dərc etmişdi. Həmin araşdırmada S.Babayevanın İstanbul günləri, ordakı yaşam tərzi - geyimi, saçı, yemək yediyi, yaşadığı yerlər öz əksini tapmışdı. Hətta əməkdaşımız onun İstanbulda baş çəkdiyi gözəllik salonu "Fame"də də olmuşdu.

Araşdırma zamanı salon işçilərinin onunla bağlı dediklərini yada salaq: "Estetikli xanım idi. Plastik əməliyyat keçirmişdi. Silikon vardı bir neçə yerində. Qolunda da döyməsi. Özünü də çox bəyənərdi. Biz tərəfdə belələrinə süslü (bəzək-düzəyə meylli) qadın deyirlər. Həftədə bir-iki dəfə gələr, saçına, qaşına əl gəzdirdərdi. Çox şey danışmazdı. Hərdən sənətçilərdən, salona gələn qadınlardan ümumi nəsə söhbət düşəndə qısa rəylər verərdi. Amma son gəlişlərindən birində saçının rəngini dəyişdi. Qapqara elədi. Yaraşırdı, dəyişmişdi. Makiyajdan hədsiz istifadə edirdi. Üzü parıldayırdı içəri girəndə".

Bu məlumatda diqqəti çəkən məqamlardan biri S.Babayevanın ölümündən əvvəl saçının rəngini dəyişməsi idi. Dünən redaksiyamıza S.Babayevanın son günlərindəki fotoları daxil oldu. Xatırladaq ki, bu fotolarda "Gülərgeyt qalmaqalı"nın məşhur fiquru qara saçlı və üz-gözü nisbətən şiş vəziyyətdə görünür. Bu şişliyə səbəb isə onun səhhəti, daha doğrusu, ürək xəstəliyi ilə bağlı qəbul etdiyi dərmanlardır.

Bu arada onu da yada salaq ki, daha öncə S.Babayevanın oğlu Ayxan Məmmədov sözügedən reportaja etiraz edərək, gözəllik salonu işçilərinin dediklərini yalanlamışdı. O bildirmişdi ki, anasının saçını qara rəngə bir neçə gün İstanbulda onun yanında qalan bacısı, ev şəraitində boyayıb.

Əldə etdiyimiz məlumata görə, S.Babayeva məhz bu cür görüntüdəki fotoşəkillə İstanbulda bir etibarnamə sənədi əldə edib və onu oğluna verib. Həmin etibarnamədə də S.Babayeva qara saçlı və bu fotoda göründüyü kimidir.

O.M.