Bakı-Sumqayıt yolunda avtomobillə avtobus toqquşdu

Bakı-Sumqayıt yolunda avtomobillə avtobus toqquşdu

28 Avqust 2013 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Oxumeni.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində (Bakı-Sumqayıt yolunda) "VAZ-2107" markalı minik avtomobili və "DAEWOO" markalı sərnişin avtobusunun toqquşması nəticəsində "VAZ-2107" markalı minik avtomobili deformasiyaya uğrayıb.Hadisə yerinə cəlb olunmuş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Hadisə şahidlərinin bildirdiklərinə əsasən, "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü vətəndaşlar tərəfindən çıxarılaraq hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

O.M.