Dörd gün əvvəl Bakıda avtobusda baş verən yanğında xəsarət alanlar xəstəxanada ölüb

Dörd gün əvvəl Bakıda avtobusda baş verən yanğında xəsarət alanlar xəstəxanada ölüb

27 Avqust 2013 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Dörd gün əvvəl Bakıda avtobusda baş verən yanğında xəsarət alan iki nəfər xəstəxanada ölüb.

Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 23-də "Mercedes" markalı avtomaşının yanması nəticəsində yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Gürcüstan vətəndaşları Təyyar Hümbətov və Vidadi Qasımov avqustun 26-da orada ölüblər.Qeyd edək ki, hadisə avqustun 23-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb."Mercedes" markalı, RJB 777 GE dövlət nömrə nişanlı avtobus elektrik naqillərində yaranan problem nəticəsində yanıb.

O.M.