Sabahın havasından xəbərdar olun!

Sabahın havasından xəbərdar olun!

27 Avqust 2013 12:45
Bəyəndim (0) Bəyənmədim (0)
31-33 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Avqustun 28-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda 11-16 gecə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

O.M.