13 yaşlı qızın ağzını cırdılar, zorlamaq istədilər

13 yaşlı qızın ağzını cırdılar, zorlamaq istədilər

27 Avqust 2013 12:19
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Xətai rayonunda yaşanıb

Ötən gün saat 18:45 radələrində Bakının Xətai rayonunda Cavanşir küçəsində küçənin ortasında 13 yaşlı qız təcavüzə uğrayıb. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, 2000-ci il təvəllüdlü B.N. təcavüzə uğrayıb. Belə ki, qızın anası polisə şikayət edərək qızının təcavüzə uğradığını və döyüldüyünü bildirib. Qız küçənin ortasında hücuma məruz qalıb. Onu döyüblər. Azyaşlı qızın ağzı cırılıb, bədəninə müxtəlif zədələr dəyib. Deyilənlərə görə, azyaşlı qıza seksual xarakterli hərəkətlər də edilib. Lakin polis bu məlumatın dəqiqliyini araşdırmayıb.Hazırda faktla bağlı araşdırmalar aparılır.

O.M.