Küçələrdə gecələyən kişinin bütün orqanları çürüdü

Küçələrdə gecələyən kişinin bütün orqanları çürüdü

27 Avqust 2013 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində bütün orqanları çürümüş kimsəsiz kişi küçənin ortasında ölüb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, hadisə ötən gecə saat 02:30 radələrində 1-ci mikrorayon, Moskva prospekti, 96 saylı binanın qarşısında baş verib. İsmayıllı rayonunda anadan olmuş 49 yaşlı Rövşən Osmanovun qəflətən vəziyyəti pisləşib və keçinib. Xəstəxanaya aparılan R.Osmanova bütün orqanların çatışmazlığı diaqnozu qoyulub. Əvvəllər Nəsimi rayonu 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi ev 50, mənzil 17-də yaşamış R.Osmanov xeyli müddətdir evsiz-eşiksiz qalıb. Küçələrdə gecələyən R.Osmanovun həyatı elə orada bitib.
Nəsimi rayonu 31 saylı Mənzil İstismar Sahəsindən bildirilib ki, Rövşən Osmanov 2011-ci ildə məhkəmə qətnaməsi ilə yaşadığı 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi ev 50, mənzil 17-dən çıxarılıb. O vaxtdan bəri küçədə yaşayan R.Osmanov sonda həyatla vidalaşıb.

O.M.