Qəza törədən avtomobil avtobus dayanacağında dayananları "biçdi"

Qəza törədən avtomobil avtobus dayanacağında dayananları "biçdi"

26 Avqust 2013 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda baş verən ağır yol qəzasında dayanacaqda dayanan 5 nəfər xəsarət alıb.

Oxumeni.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 24-də saat 21.30 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Fəqan Ədilov idarə etdiyi "Mercedes" markalı avtomaşını qarşıda hərəkət edən həmyerlisi Fazil Balamiyevin idarə etdiyi "VAZ-21011" markalı avtomaşına vurub, sonradan isə avtobus dayanacağına dəyib.Nəticədə xəsarət alan F. Ədilov və dayanacaqda olan Cəlilabad rayon sakinləri Xəqani Balaşov, Mirzə Nəsirov, Bəhruz Mehdiyev, Emil Cümşüdov və Şədulla Əliyev xəstəxanaya yerləşdiriliblər.

O.M.