Azərbaycanda mal-qara xəstəliyi 31 rayonda yayılıb

Azərbaycanda mal-qara xəstəliyi 31 rayonda yayılıb

26 Avqust 2013 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Aran rayonlarında iribuynuzlu mal-qara arasında yayılan xəstək artıq 31 rayonu əhatə edib.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, artıq 31 rayonda iribuynuzlu mal-qara arasında bu xəstəliyin yayılması qeydə alınıb. Onun sözlərinə görə, Lənkəranda, Samuxda və Fizulidə də iribuynuzlu heyvanlar arasında xəstəiyin yayıldığı üzə çıxıb: " Son məlumata görə, 106 min başdan artıq heyvan bu xəstəlikdən müalicə olunub".Xatırladaq ki, Dövlət Baytarlıq Xidmətindən ötən həftə Movqe.az-a verilən son məlumatda xəstəliyin 28 Aran rayonunda yayıldığı bildirilmişdi. Hazırda isə rayonların sayı 31-ə çatıb. Y. Xanvəli Movqe.az-a açıqlamasında söyləyib ki, xəstəliyin müalicəsi üçün rayon Baytarlıq İdarələri gücləndirilmiş iş rejimində çalışırlar. Qeyd edək ki, iribuynuzlu mal-qara arasında yayılan bu xəstəlik Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət hesabına müalicə olunan xəstəliklərin siyahısında olmadığından müalicə xərclərini sahibkarlar özləri ödəyirlər. Kənd təssərrüfatı naziri İsmət Abbasov yayılmış xəstəliyin dövlət hesabına müalicəsinə vəsait ayrılması üçün hökumətə müraciət edib.

O.M.