Güclü külək əsəcək

Güclü külək əsəcək

26 Avqust 2013 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 34 dərəcə təşkil edəcək

Sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.Avqustun 27-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda 10-15 gecə, gündüz 21-26 dərəcə isti olacaq.

O.M.