Gəncədə 23 yaşlı qız özünü bıçaqlayıb

Gəncədə 23 yaşlı qız özünü bıçaqlayıb

26 Avqust 2013 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində gənc qız intihara cəhd edib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Apa-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Gülüstan qəsəbəsində yaşayan, 1990-cı il təvəllüdlü Aysel Əliyeva qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub. Təcili tibbi yardım tədbirləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, A. Əliyeva intihar məqsədi ilə özünü bıçaqlayıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

O.M.