Təhsil naziri rayonlarda vətəndaşları qəbul edib

Təhsil naziri rayonlarda vətəndaşları qəbul edib

26 Avqust 2013 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov Siyəzən, Quba, Xaçmaz, Xızı, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edib. Təhsil Nazirliyindən verilən məlumata görə, təhsil şöbələri müdirlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər, əsasən yaşadıqları rayonların ümumtəhsil məktəblərində işlə təmin olunma, bir məktəbdən digər təhsil müəssisəsinə müəllimlərin iş yerinin dəyişdirilməsi, ucqar kənd məktəblərində işləyən müəllimlərə müvafiq həvəsləndirmə tədbirlərinin tətbiqi, məktəb binalarının təmiri, xaricdə təhsil və digər məsələlərlə əlaqədar olub.Qəbulda 56 nəfər vətəndaşın müraciəti dinlənilib, əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı təhsil şöbələrinin müdirlərinə və nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilib.

O.M.