Bu gün bu bölgələrdə qaz olmayacaq

Bu gün bu bölgələrdə qaz olmayacaq

26 Avqust 2013 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qaradağ və Şamaxı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar saat 18:00-dək "Qobustan" və "Şamaxı" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.Qeyd edək ki, təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Qobustan və Şıxlar qəsəbələri, "Bağlar" massivi, həmçinin Şamaxı şəhərinin bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

O.M.