20 yaşlı əsgərimiz öldü

20 yaşlı əsgərimiz öldü

26 Avqust 2013 11:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dörd ayın əsgərini cərəyan vurub

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Apa-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Tural Qazıyev təsərrüfat işləri ilə məşğul olarkən onu elektrik cərəyanı vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib. Qeydə edək ki, T. Qazıyev 2013-cü ilin aprelində Bakının Xətai rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

O.M.