Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanların nəticəsi yaxın günlərdə açıqlanacaq

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən imtahanların nəticəsi yaxın günlərdə açıqlanacaq

26 Avqust 2013 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticəsi yaxın günlərdə açıqlanacaq.

Bunu Apa-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. O bildirib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində ümumilikdə 71 binada təşkil olunub və bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahanın gedişi nəzarətdə saxlanılıb.

Qeyd edək ki, avqustun 25-də 2013/2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib.

O.M.