Tanklar şəhərləri alt-üst etdi

Tanklar şəhərləri alt-üst etdi

12 May 2011 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Suriyada mitinqçiləri tanklarla "biçdilər"

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsini tələb edən etirazçılar nümayişlər təşkil etdilər. Dünən ölkənin Dera və Humus şəhərlərində bu mitinqlər daha da sıxlaşdı.

Suriya İnsan Haqları Milli Təşkilatının sədri Əmmar Kurabi Deranın təxminən 60 km şimal-qərbindəki Harra qəsəbəsində 13 nəfərin öldüyünü bildirib. Kurabi ölənlər arasında bir uşaq və bir tibb bacısının olduğunu da əlavə edib."Reuters"ə danışan bir insan hüquqları məsulu isə tankların Suriyanın ən böyük üçüncü şəhəri Humusdaki bir məhəlləni bombalaması nəticəsində ən az 5 adamın həyatını itirdiyini bildirib. Şəhərdə həmçinin snayperlər tərəfindən vurulan bir adamın daha öldüyü verilən xəbərlər arasındadır.

Günel Həbib