Bəy maşını yolu kəsən 10 yaşlı uşağı tapdaladı

Bəy maşını yolu kəsən 10 yaşlı uşağı tapdaladı

24 Avqust 2013 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən axşam saat 18:00 radələrində Şəmkir rayonunda "Range Rover" markalı bəy maşınının 10 yaşlı uşağı vurması ölümlə nəticələnib.Oxumeni.az xəbər verir ki, Şəmkir-Çinarlı yolu ilə hərəkət edən bəy maşınının qarşısını bir dəstə uşaq el adəti üzrə kəsməyə çalışarkən, sürücü Qarayev Pərviz avtomobili saxlamayıb keçməyə cəhd edib. Bu zaman 10 yaşlı Rzayev Həsən Vüqar oğlu avtomobilin təkərləri altında qalıb və o, yerindəcə keçinib. Kəpəz TV bildirir ki, Şəmkir rayon Polis şöbəsi baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

O..M.