Mikayıl Cabbarov rekordçu abituriyentlərlə görüşdü

Mikayıl Cabbarov rekordçu abituriyentlərlə görüşdü

23 Avqust 2013 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlikdə qəbul imtahanlarında 700 bal toplamış 6 nəfər abituriyent və onların valideynləri ilə görüş olub. Oxumeni.az xəbər verir ki, avqustun 21-də təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış 6 nəfər abituriyent və onların valideynləri ilə görüşüb. Təhsil naziri ali məktəblərə qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri əldə etdikləri uğurlara görə təbrik etmiş, onların gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi yetişəcəklərinə inandığını söyləmişdir. Abituriyentlərin belə möhtəşəm nailiyyət qazanmasında təhsil aldıqları məktəblərin, müəllimlərin mühüm rolunu qeyd edən nazir xüsusilə onların ailələrinə və valideynlərinə minnətdarlığını bildirmişdir.Abituriyentlər təhsil aldıqları məktəblər, müəllimləri və valideynləri haqqında təhsil nazirinə məlumat vermiş, göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Övladlarının əldə etdiyi yüksək uğurlara görə qürur hissi keçirdiklərini söyləyən valideynlər onların seçdikləri ixtisaslara dərindən yiyələnəcəklərinə əminliklərini ifadə etmişlər.Görüşün sonunda ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə Təhsil Nazirliyi adından qiymətli hədiyyələr təqdim olunmuşdur.

O.M.