Azərbaycanda 57 nəfər toyda zəhərləndi

Azərbaycanda 57 nəfər toyda zəhərləndi

23 Avqust 2013 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 22-də Siyəzən rayon Mərkəzi Xəstəxanasına qidadan zəhərlənmə ilə 57 nəfər Şabran rayonunun Ağbaş kənd sakinləri gətirilib.

Oxumeni.az DİN-in saytına istiandən xəbər verir ki, onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

O.M.