Sabahın hava proqnozu

Sabahın hava proqnozu

23 Avqust 2013 13:24
754
Bəyəndim (0) Bəyənmədim (0)
Dəniz suyunun temperaturu 28 dərəcə olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Avqustun 23- 25-də respublika ərazisində isti, əsasən yağmursuz hava şəraiti gözlənilir. Dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağışların düşməsi kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Belə ki, Mərkəzi-Aran və Naxçıvan MR rayonlarında havanın maksimum temperaturunun 35 dərəcədən yuxarı olması bitkilərə mənfi təsir edəcək və suvarmaya ehtiyac yaradacaq, gözlənilən hava şəraiti bağlarda meyvələrin və bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımında, çoxillik otların biçini və becərmə işlərinin aparılmasında əlverişli olacaq.

O.M.