Qənirə Paşayeva yüksək ballı tələbələrlə görüşdü

Qənirə Paşayeva yüksək ballı tələbələrlə görüşdü

23 Avqust 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Millət vəkili Qənirə Paşayeva Tovuzda yüksək balla tələbə adını qazanmış gənclərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Tovuzda yüksək balla tələbə adını qazanmış gənclərlə görüşüb.

Oxumeni.az xəbər verir ki, Tovuzda bu il yüksək balla ali məktəblərə qəbul olunmuş Tovuzlu tələbələrlə görüşdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov açılış çıxışında tələbə adını qazanmış bütün gəncləri təbrik edərək onlara uğurlar arzulayıb. Rayonda təhsil sahəsində görülən işlərdən danışan rayon icra hakimiyyətinin başçısı bu istiqamətdə işlərin daha da sürətlənəcəyini deyib. 500-dən çox bal toplayaraq tələbə adına qazanan tələbələr iştirak etdiyi görüşdə hər kəsi tələbə adını qazanması münasibətilə təbrik edən millət vəkili ölkə üzrə 700 bal toplayan 6 nəfərdən birinin Tovuzlu bir qız Nərminə Murğuzova olmasından qürur duyduqlarını bildirib. O rayonun digər bir kəndi Yuxarı Öysüzlü kəndinin yetirməsi olan Klara Axundovanın ölkə üzrə ən yüksək bal toplayan abituriyentlərdən biri olaraq 690 balla ali məktəbə daxil olmasının da qürurverici olduğunu deyib və Klaranı, ailəsini və müəllimlərini təbrik edib. Bu il orta məktəbi bitirərək ali məktəb sənəd verən 906 nəfərdən 438-nin birinci mərhələdə tələbə adını qazanmasını, 73 nəfərin 500-dən artıq bal toplamasını, Tovuzun respublika üzrə ən çox qızıl medal alan rayonlara öncüllük etməsindən, medal alan şagirdlərin ona olan etimadı doğrultmasının müsbət bir hadisə kimi qiymətləndirən millət vəkili rayonun bundan daha da böyük potensialının olduğunu qeyd edərək təhsil sahəsində özəlliklə bəzi kəndlərdə problemlərin öz həllini tapmasının vacibliyini və bunun gələcəkdə nəticələrə özünün daha da müsbət təsir göstərəcəyini vurğulayıb.

O.M.