Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

23 Avqust 2013 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Təmir işləri ilə əlaqədar 23 avqust 2013-cü il tarixdə saat 09:00-dan 18:00-dək "Samux", "Mərəzə", "Zabrat", "Ağdaş", "Şəmsabad", "Horadiz", "Zərdab" qaz xəttində təbii qazın verilməsi dayandırılacaq. ANS PRESS Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir ki, saat 09:00-dan 19:00-dək "Avrora", saat 10:00-dan 18:00-dək "Zığ", "Qaraçuxur", "Pirəküşkül", "Masazır", "Altıağac", "Cəlilabad", "Yeni Binə", "5-ci siyirtmə" Qazpaylayıcı stansiyaları, saat 10:00-dan isə "1-ci QTM"-dən çıxan qaz xəttində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Qaradağ rayonunun Pirəküşkül və Şubanı qəsəbələri, Sabunçu rayonunun Zabrat-I qəsəbəsi, Xəzər rayonunun Binə qəsəbəsi, Səbail rayonunun Ü.Hacıbəyov və ətraf küçələri.
Bundan başqa Xətai rayonunun Əbilov küçəsi, Samux rayonunun bir hissəsi, Qusar rayonunun Köhnə Qusar Qazmalar qəsəbəsi, Abşeron rayonunun Masazır qəsəbəsi, Qobustan şəhəri, Lənkəran rayonunun Burcəli və Hirkan qəsəbəsi, Xızı rayonunun Altıağac və Qızılqazma qəsəbələri, Ağdaş rayonunun Qarabağlı kəndi, Cəlilabad şəhəri, Füzuli rayonunun Horadiz şəhərinə qazın verilməsində fasilələr yaranacaq.

O.M.