Ağır qəza: iki "Mercedes" toqquşdu

Ağır qəza: iki "Mercedes" toqquşdu

23 Avqust 2013 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Zabrat şosesində 2 "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə sürücülərdən biri Taprıdov Təbriz Həmid oğlu hadisə yerindəcə keçinib. Digər sürücü Quliyev Əzim Məcid oğlu və daha 1 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

O.M.