Balıq tutarkən batan zabitin meyiti tapıldı

Balıq tutarkən batan zabitin meyiti tapıldı

23 Avqust 2013 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 4 gün öncə dənizdə batan Azərbaycan ordusunun zabitinin cəsədi tapılıb.

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin zabiti, 1984-cü il təvəllüdlü baş leytenant Elçin Nazim oğlu Qədimovun cəsədi ötən gün axşam Xəzər Dənizinin Zirə qəsəbəsində keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən tapılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Apa-ya faktı təsdiq ediblər.Qeyd edək ki, E. Qədimov avqustun 19-u Xəzərdə balıq tutarkən dənizdə batıb. Onun meyitinin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hələlik mərhumun meyitini tapmaq mümkün olmayıb.

O.M.