Bakıda kişi özünü 5-ci mərtəbədən atıb sağ qalmışdı, amma...

Bakıda kişi özünü 5-ci mərtəbədən atıb sağ qalmışdı, amma...

23 Avqust 2013 10:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonu ərazisində özünü binadan atan şəxs həyatla vidalaşdı. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, 10 gün əvvəl özünü binanın 5-ci mərtəbəsindən atmış 44 yaşlı Fərman Nəbiyev dünən ölüb. Hadisə avqustun 13-də Cavadxan küçəsi ev 40, mənzil 28-də baş vermişdi. Həmin ünvanda yaşayan F.Nəbiyev özünü eyvanda aşağı ataraq sağ qalmışdı. Ağır vəziyyətdə 1 saylı şəhər Kliniki xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı avqustun 21-də orada keçinib.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

O.M.