Hava yağmursuz olacaq

Hava yağmursuz olacaq

22 Avqust 2013 13:00
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında avqustun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Avqustun 23-dən 25-dək iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq insanlarda bürkü hissi yarada bilər.

O.M.