Əlillərə 8 mindən çox əlil arabası verilib

Əlillərə 8 mindən çox əlil arabası verilib

22 Avqust 2013 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2003-cü ildə əlilliyi olan şəxslər 419 əlil arabası, 1455 protez-ortez məmulatı ilə təmin edilmişdirsə, 2012-ci il üçün bu rəqəmlər müvafiq olaraq 1358 ədəd və 2394 ədəd olub.

Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, cari ilin 6 ayında isə əlilliyi olan şəxslər 470 ədəd əlil arabası, 1419 ədəd protez-ortez məmulatı ilə təmin edilib.Ümumilikdə, son 10 ildə əlillərə 8 mindən çox əlil arabası, 23582 protez-ortez məmulatı, 132300-dən çox digər reabilitasiya vasitələri verilib.

O.M.