Mikayıl Cabbarov bu dəfə Şəkiyə gedir

Mikayıl Cabbarov bu dəfə Şəkiyə gedir

22 Avqust 2013 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyi Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlara müraciət edib.

Oxumeni.az nazirliyin saytına istinadən xəbər verir ki, 27 avqust tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Şəki şəhərindəki Olimpiya İdman Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

O.M.