Abituriyentlər, diqqət!

Abituriyentlər, diqqət!

22 Avqust 2013 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 illik ümumi orta təhsil bazasında kolleclərə qəbul imtahanında iştirak edəcək abituriyentlərə xəbərdarlıq edib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul imtahanında şəkilsiz şəxsiyyət vəsiqəsi ilə (16 yaşı tamam olmayan abituriyentlər) iştirak edəcək abituriyentlər özləri ilə imtahana təhsil aldıqları məktəbin möhürü ilə təsdiq olunan şəkilli arayış da gətirməlidirlər.Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.

O.M.