Qorxuducu ssenarilər: zəlzələ olacaq, meteor düşəcək, elektrik kəsiləcək

Qorxuducu ssenarilər: zəlzələ olacaq, meteor düşəcək, elektrik kəsiləcək

12 May 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)
Elm dünyası həyəcanlanır

2012 yaxınlaşır. Çoxumuza görə, 2012 dünya üçün təhlükəli bir il olacaq. 2012-ci ildə dünyaya maqnit Günəş fırtınalarımı daha çox təsir edəcək, yoxsa meteormu? Haqlarında ən çox danışılan və faktlarla sübut olunmuş nəzəriyyələr...

1. Dünya 1000 ildən sonra yenidən böyük meteor zərbəsinə şahid olacaq.

2. İnternetdə haqqında ən çox nəzəriyyənin çıxarıldığı "komandir" ulduzu Dünya üçün ən təhlükəli ulduzlar arasında yer alır.

3. Mətbuatda çıxan xəbərlərə görə, "Ağ Ev" qlobal istiləşmə yerinə qlobal iqlim pozulması anlayışından istifadə edir. Bunun səbəbi təhlükəyə daha çox diqqət çəkməkdir. Yalnız "Ağ Ev" deyil, bir çox adam qlobal istiləşmənin insan əliylə böyüdüyünü və qiyamətə gətirib çıxaracağını düşünür.

4. NASA-nın 5 kosmos maşınının müşahidələri Günəşin maqnit hərəkətlərinin kosmosda zəlzələlərə yol açdığını göstərir. NASA-ya görə, kosmosdakı bu titrəşmələr Yerdəki böyük zəlzələlərə yaşıl işıq yandıra bilər. Ona görə də zəlzələlərə və boru kəmərlərinin sıradan çıxması kimi hadisələrə hazırlıqlı olmalıyıq.

5. Dünyanın geoloji tarixində Yer kürəsinin bir neçə dəfə oxunun sürüşdüyü və dönüş istiqamətinin dəyişdiyi görünüb. Hər dəfə bu proses baş tutanda isə böyük fəlakətlər, sellər və zəlzələlər meydana gəlib. Bu fərziyyədə Antartika xəritələri dəlil göstərilərək, köhnədən Antartikada çaylarının axdığı iddia edilib. Kim bilir, gələcəkdə bəlkə də Dünya bir dəfə də ox sürüşməsi yaşayacaq?

6. 2013-cü ildə reallaşacaq maksimum döngü meydana gələ bilər. Bu dövrdə dünya sonuncu illərin ən böyük maqnit fırtınasına məruz qalacaq. Bu fırtınadan dünyadakı bütün elektrik stansiyaları, paylama kanalları, peykləri təsirlənəcək. Elm adamlarının üstündə durduqları ən önəmli nöqtə ən böyük zərərin elektrik ve telefon xətlərində olacağıdır.

Odur ki, 2013-də bütün bunlara hazırlıqlı olun. Elm adamlarından bizə, bizdənsə sizə çatdırmaq. Sonra "demədilər" - deyib, şikayət etməyin.

Günel Həbib