Payız gəlir?

Payız gəlir?

21 Avqust 2013 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq

Bakı və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın arabir tutulacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Avqustun 22-də Azərbaycanın bəzi şimal və qərb rayonlarında bəzi yerlərdə qısa müddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

O.M.