TQDK-da "buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

TQDK-da "buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

21 Avqust 2013 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2013-2014-cü tədris ili üçün 9 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərə "Buraxılış vərəqəsi"nin verilməsinə başlanılıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, abituriyentlər TQDK-nın saytındakı müvafiq bölməyə daxil olaraq, "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Bildirilir ki, bu sənədi əldə etmədən abituriyentlər imtahana buraxılmayacaq. Xatırladaq ki, ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı avqustun 25-də keçiriləcək.

O.M.