26 yaşlı fəhlə beton piltənin altında can verdi

26 yaşlı fəhlə beton piltənin altında can verdi

21 Avqust 2013 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda tikinti zamanı bədbəxt hadisə baş verib.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsində, Hacı Mövlan bağlarında qeydə alınıb. Bağda yaşayış evinin tikintisi zamanı beton piltələrin uçması nəticəsində orada işləyən 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Emin Əlimran oğlu Hüseynov dünyasını dəyişib, Türkiyə vətəndaşları - 1974-cü il təvəllüdlü Mustafa Taşkıran Emin və 1978-ci il təvəllüdlü Sevgin Calkan Kamal xəsarət alıblar.Faktla bağlı araşdırma aparılır.

O.M.