22 yaşlı qız özünü öldürmək üçün dərmana əl atdı

22 yaşlı qız özünü öldürmək üçün dərmana əl atdı

21 Avqust 2013 09:49
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatalada 22 yaşlı qız dərmandan zəhərlənib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX)Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, avqustun 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova Gözəl Ziyavəddin qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.G. Məmmədovaya ilkin yardım edilərək, reanimasiya şöbəsinə yerləşdirilib.Araşdırma zamanı məlum olub ki, G. Məmmədova 30-dan çox həb qəbul edib.Onun həbləri intihar məqsədilə qəbul edib-etmədiyi hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra məlum olacaq.

O.M.