Yağış yağacaq...

Yağış yağacaq...

20 Avqust 2013 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Sabahın hava proqnozu

Bakı və Abşeron yarımadasında avqustun 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 21-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.Havanın temperaturunun gecə 18-23, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.Avqustun 22-dək respublikanın rayonlarında qeyri-sabit, yağışlı hava şəraiti, temperaturun bir qədər enməsi, bütün kənd təsərrüfatı bitkilərinin inkişafı üçün əlverişli olacaq. Yalnız Şəki-Zaqatala zonasında intensiv yağıntılar yığılmış tütün yarpaqlarının qurudulmasını bir qədər çətinləşdirəcək, lakin torpaqda məhsuldar rütubət ehtiyatlarının artmasına səbəb olacaq. Ümumiyyətlə, ehtimal edilən hava şəraiti bağlarda meyvələrin və üzüm bağlarında süfrə üzümünün, bostanlarda tərəvəzin yığımında, çoxillik otların biçini və becərmə işlərinin aparılmasında mühüm çətinliklər yaratmayacaq.

O.M.