Bakı bulvarında özünü dənizə atmaq istəyən qızın vəziyyəti ağırdır

Bakı bulvarında özünü dənizə atmaq istəyən qızın vəziyyəti ağırdır

20 Avqust 2013 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 19-da axşam saatlarında Bakı bulvarında gənc qız özünü dənizə atıb. 20-25 yaşlı qız Saat qülləsinin yanında intihar məqsədi ilə özünü dənizə atıb.Hadisə yerində bulvarın mühafizəçiləri və polislər, eləcə də Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.Gənc qız ağır vəziyyətdə xilas edilərək xəstəxanaya aparılıb.Məlumata görə, özünü öldürmək istəyən qız 1993-cü il təvəllüdlü Əliyeva Zümrüd Firudin qızıdır.Onun nə səbəbdən intihar etmək istəməsi araşdırılır. Qeyd edək ki, hadisə zamanı gənc qızın özünü atdığı yerin ətrafına xeyli insan toplaşıb.

O.M.