Missisipi boğulur

Missisipi boğulur

12 May 2011 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın və dünyanın ən böyük axar suyu Missisipi çayı həddindən artıq yağan yağışlara görə dolub-daşdı, bu da iki aydır təbii fəlakətlərlə boğulan ölkənin cənubuna bir daha zərbə vurdu.

Daşqın səbəbindən çayın sahilindəki yaşayış yerləri sular altında qaldı. Minlərlə ev evakuasiya edilərkən, yenə minlərlə maşın suda batdı. Daşqın Missuri əyalətindəki bir çox yolun bağlanmasına da səbəb oldu. On minlərlə hektar əkinçilik sahəsi sular altında qalarkən, daşqının ABŞ iqtisadiyyatına çox ciddi zərər verdiyi açıqlandı. Memfis şəhər polisi qapı-qapı gəzərək, minlərlə evin evakuasiya edilməsini istədi. Meteoroloqlar su səviyyəsinin 1930-cu illərdən bu yana ən üst səviyyəyə çatdığı Missisipi çayındakı artımın daha da arta biləcəyini bildirərək, səlahiyyətliləri və əyalət sakinlərini xəbərdar etdi.

Günel Həbib