Rövnəq Abdullayevdən yanğın açıqlaması

Rövnəq Abdullayevdən yanğın açıqlaması

19 Avqust 2013 14:36
530
Bəyəndim (0) Bəyənmədim (0)

"Dünən saat 23:00 radələrində Bulla dəniz yatağının 90 nömrəli qaz yatağında baş verən yanğın bizi məyus etdi."

Bu sözləri jurnalistlərə müsahibəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev söyləyib.O, yanğının hazırda da davam etdiyini və bu istiqamətdə işlərin getdiyini bildirib: "Yanğın qaz sızmasından baş verib və hazırda da yüksək təzyiqli alovla müşahidə olunur. Yanğını söndürmək asandır, lakin əsas məsələ qurğulara zərər verməməkdir. Hazırda maye qazın suya axıdılmasının qarşısının alınması istiqamətində iş gedir. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır. "BP" şirkətinin bizə yardım etmək üçün müraciətini qəbul etmişik." R.Abdullayev, həmçinin bildirib ki, yataqda çalışan 62 işçinin təxliyə edilməsi nəticəsində xəsarət alan olmayıb.

O.M.