“Azərbaycanlı əsgərlər məni üç gün zorladılar...”

“Azərbaycanlı əsgərlər məni üç gün zorladılar...”

19 Avqust 2013 14:30
Bəyəndim (0) Bəyənmədim (0)
Bu jurnalist müsahibə götürdüyü insanlarla yatağa girir

"Qarabağ müharibəsi əsnasında 21 yaşında idim. Ermənistan tərəfindən müharibəni müşahidə edirdim. Bir gün Azərbaycanlı əsgərlər məni qaldığım kənddən oğurladılar və üç gün məni zorladılar..." Bu iddianın müəllifi "Komsomolskaya Pravda"nın jurnalisti Daria Aslamovadır. Onun adı rus oxucularına yaxşı tanışdır. O, öz həmkarlarından yüksək istedadı ilə fərqlənməsə də, cəsarətli addımları və adətən müsahibə götürdüyü məşhurlarla yatağa girməsi ilə həmişə gündəm yaratmağı bacarıb. Maraqlı orasındadır ki, Daria Aslamova indiyə qədər ərəb şeyxlərindən tutmuş rus oliqarxlarına qədər yüzlərlə məşhurdan müsahibə götürüb...

Sonradan jurnalistikada sahə dəyişib və jurnalistikanın seks-simvolundan Rusiyanın ilk xanım müharibə jurnalistinə çevrilib. Son zamanlar Türkiyəyə ardıcıl səfərlər edib və Fətullah Gülən haqqında silsilə yazılar hazırlayıb. Türkiyədə Məhmət Barlasla müsahibə götürərkən Fətullah Güləni Sorosa bənzətməsi isə türk mediasında qalmaqala səbəb olub...

Həmişə ermənipərəst mövqeyi ilə seçilən Daria Aslamova digər bir müsahibəsində isə mühasirədə olan erməni əsgərlərini qurtarmaq üçün könüllü olaraq bir neçə gün Azərbaycanlı əsgərlərin "qonağı" olduğunu iddia edib... /Azadinform/

O.M.