Amerika qorxu içində gözləyir

Amerika qorxu içində gözləyir

12 May 2011 11:15
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın cənub əyalətləri tam 13 illik sükunətdən sonra baş verəcək hadisəni qorxu içində gözləyir. Bunun səbəbi illərdir torpağın altında yatan avqust böcəklərinin oyanmasıdır.

Dünyanın ən səs-küylü, bir o qədər də zərərsiz milyonlarla böcəyi bir neçə gün ərzində cütləşmək üçün torpağın altından çıxacaq. Və ABŞ-ın cənub əyalətlərində onlar bir toz buludu kimi dolanacaq. İllərdir Tenesse, Alabama və Corcia əyalətləri çox sayda avqust böcəyinin oyanaraq, təbiətə qarışdığının şahidi olur. Səlahiyyətlilər ən son 1998-ci ildə görülən və erkək böcəklərin dişi axtarmaq üçün döyüşə girəcəyi cütləşmə dövrü əvvəlində amerikalıları xəbərdarlıq etdi. Belə ki, havada bir-biri ilə dava edəcək olan erkəklərin vızıltısı çəkilməz bir nöqtəyə çatacaq.

Digər tərəfdən elm insanları 2024-ə qədər reallaşmayacaq cütləşmə ritualını əldən qaçırmamaq və sirli avqust böcəkləri haqda daha çox məlumat əldə etmək üçün hazırlıqlara başlayıblar. Georgie Universitetindən Nansi Hinkl 13 illik avqust böcəkləri ilə yanaşı, 17 ildən bir cütləşmək üçün oyanan başqa periodik avqust böcəklərinin də olduğunu bildirib.

Bəzi insanlar bu böcəkləri qorxuducu və problem yaradan canlılar olaraq bilsə də, əslində bu canlıların insanlara heç bir zərəri olmur. Bəzi ölkələrdə qırmızı gözlü avqust böcəkləri yüksək zülal ehtiva etdikləri üçün menyuları belə bəzəyirlər.

Böcəklər amerikalılardan Usamanın intiqamını alacaqlar.

Günel Həbib