Sabah küləyi yağış əvəz edəcək

Sabah küləyi yağış əvəz edəcək

19 Avqust 2013 13:41
Bəyəndim (0) Bəyənmədim (0)
30 dərəcə isti olacaq

Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, temperatur gecə 19-24, gündüz 25-30 dərəcə isti olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq. Dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə təşkil edəcək.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi metrohəssas insanlar üçün əsasən əlverişlidir.

O.M.