Azərbaycanda Ümumdünya Humanitar Yardım Günü qeyd ediləcək

Azərbaycanda Ümumdünya Humanitar Yardım Günü qeyd ediləcək

19 Avqust 2013 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) təşəbbüsü ilə Azərbaycanda Ümumdünya Humanitar Yardım Günü qeyd ediləcək.Oxumeni.az xəbər verir ki, 19 avqust saat 11:00-da Park Bulvar Alış-Veriş Mərkəzində UAFA təşkilatı və Bakcell şirkətinin dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maraqlı proqram təşkil olunacaq.Tədbirin Alış-Veriş Mərkəzində keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara cəmiyyətin diqqətini artırmaq və onların cəmiyyətə inteqrasiyası prosesinin sürətləndirilməsinə dəstək olmaqdır.Ümumdünya Humanitar Yardım Günü BMT-nin Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2008-ci il dekabrın 11-də elan edilib.Gününün məqsədi insanları xilas etmək üçün çalışan və bu nəcib əməl uğrunda həyatını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir.Həmçinin bu tarix insanlar arasında yardımlaşma ənənəsini genişləndirmək, ehtiyacı olanlara, humanitar böhran yaşayan ərazilərə diqqət çəkmək məqsədi daşıyır.Qeyd edək ki, bu il Xüsusi Nümayəndə Sergio Viera de Mellonun və 21 başqa BMT əməkdaş və partnyorların həlak olduğu BMT-nin Bağdaddakı Qərargahına hücumun 10-cu ildönümüdür.Ümumdünya Humanitar Yardım Gününün təsis olunmasının səbəblərindən biri bu faciədir.

O.M.