Azərbaycan öz vətəndaşlarını Misirdən evakuasiya edir

Azərbaycan öz vətəndaşlarını Misirdən evakuasiya edir

19 Avqust 2013 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyevin xüsusi tapşırıqına əsasən Bakıdan Qahirəyə təyyarə yola düşüb.

Azərbaycan öz vətəndaşlarının Misirdən təcili təxliyyə edilməsi üçün xüsusi təyyarə göndərib.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, Misirdə baş verən son qanlı hadisələrlə bağlı bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının təcili təxliyyəsinin həyata keçirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev xüsusi tapşırıq verib.Prezidentin Azərbaycan Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə verdiyi tapşırığa əsasən, bu gün Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Bakıdan Qahirəyə yola düşüb.

O.M.