Prezidentin oğlu bu universitetə qəbul olundu

Prezidentin oğlu bu universitetə qəbul olundu

19 Avqust 2013 12:34
Bəyəndim (0) Bəyənmədim (0)
O, 590 bal toplayıb

O, 590 balla Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub

Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin qəbul imtahanında topladığı bal və qəbul olunduğu universitetin adı bəlli olub. Oxumeni.az AzNews.az-a istinadən xəbər verir ki, bu il ikinci qrup üzrə qəbul imtahanında iştirak edən Heydər Əliyev 590 bal yığmağa müvəffəq olub. Əldə etdiyimiz məlumata görə, prezidentin oğlu bu balla Azərbaycan Diplomatiya Akademiyasının Beynəlxalq Münasibətlər fakültəsinə qəbul olub. Heydər Əliyev bu akademiyada ödənişli əsaslarla təhsil alacaq.

O.M.