TQDK-dan xəbərdarlıq

TQDK-dan xəbərdarlıq

19 Avqust 2013 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

2013-2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 20-dən 29-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, abituriyent qeydiyyat üçün tələb olunan sənədlərin siyahısını qəbul olduğu ali təhsil müəssisəsindən öyrənməlidir. Qeyd olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

O.M.