Ermənistan azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olduğunu bildirib

Ermənistan azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olduğunu bildirib

17 Avqust 2013 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsir Firuz Fərəcovu Azərbaycan ərazisinə keçmiş erməni hərbçi Akop İnciqulyanla dəyişmək üçün müzakirələr hazır olduğunu bildirib.

Apa-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan bəyan edib.Əsirlərin dəyişdirilməsi ehtimalını dəyərləndirən Ovannisyan azərbaycanlı hərbi əsirin Azərbaycana qayıtmaq istədiyini də vurğulayıb. Qeyd edək ki, Firuz Fərəcov ötən ilin iyulunda əsir götürülüb. Bundan əvvəl erməni mətbuatı onun üçüncü ölkəgə getmək istədiyi barədə məlumat yayıb. Dünən isə erməni mətbuatı əvvəl yazdıqlarını təkzib edərək Firuz Fərəcovun Azərbaycana qayıtmaq istədiyini yazıb.

O.M.