Gürcü qadın avtobus dayanacağında doğdu

Gürcü qadın avtobus dayanacağında doğdu

17 Avqust 2013 03:19
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda maraqlı doğuş hadisəsi baş verib. Paytaxt Tbilisinin Kolxoz meydanındakı avtobus dayanacağında 27 yaşlı hamilə qadının sancıları başlayıb. "Грузия Online".-nın məlumatına görə, hadisə yerinə gələn həkimlər doğuşu birbaş dayanacaqda qəbul etməli olublar. Xoşbəxtlikdən dünyaya sağlam, 2.7 kq çəkidə, 50 sm boyda qız uşağı gəlib. Hazırda körpə ilə anası Gürcüstan patriarxlığının müqəddəs İoakim və Anna xəstəxanasında reabilitasiya kursu keçirlər. Hər ikisinin səhhətinin qənaətbəxş olduğu bildirilir.

O.M.